Bellingem yaxşı qurtardı

28.02.2025 12:51 240
Dünya futbolu
"Real"ın futbolçusu Cud Bellinqem La Liqada ikioyunluq cəza alıb.

"Football-plus.az" xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin 24-cü turda "Osasuna" ilə matçda nalayiq ifadə işlətməsi səbəb olub.

İngiltərəli oyunçu fevralın 15-də keçirilən matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulub. Qarşılaşmadan sonra isə futbolçu nalayiq sözlərdən istifadə etdiyini, lakin bunun hakimə ünvanlanmadığını bildirib.

Xatırladaq ki, həmin oyun 1:1 bitib.