Bellingem Keyni təhqir edib? - AÇ-nin SUALI

2.07.2024 23:49 276
Dünya futbolu / AÇ
İngiltərə yığmasının iki oyunçusu arasındakı münasibətlər pisləşib.

Cud Bellingem komanda yoldaşı Harri Keynə nalayiq sözlər deyib. Bu barədə “Daily Mail” məlumat yayıb. Populyar qəzetin yazdığına görə, arzuolunmaz epizod qrup mərhələsinin 3-cü turunun Sloveniya ilə matçında qeydə alınıb. Qolsuz nəticələnən oyunun gedişi Cudu qane etməyib.

İddiaya görə, 20 yaşlı futbolçu ötürmələr zamanı 30 yaşlı Harrini təhqir edib.