“Sheki City” qar festivalı keçirdi, məqsədinə çatmadı

27.02.2025 10:50 301
Aktual / Ölkə futbolu
Srağagün Şəki şəhər stadionunda “qar festivalı” baş tutub.

Böyükdən kiçiyə hər kəsin qatıla biləcəyi festivalda qartopu oynamaq və ot örtüyü uyğun olarsa, “Sheki City” futbolçuları ilə birgə futbol matçı keçirmək mümkün olacaqdı. Amma əsas məqsəd stadionun qardan təmizlənməsi idi.

“Football-plus.az” “Sheki City”nin prezidenti Elgün Hüseynovla əlaqə saxlayaraq tədbirin necə keçdiyini soruşub:

“Gözlədiyimizdən az adam qoşuldu. Məqsədimizə çata bilmədik. Bu gün də stadiondakı qarın təmizlənməsi ilə bağlı müəyyən işlər görəcəyik. Festivaldan istədiyimiz effekti ala bilmədik”.

ƏSƏD SEYİDOV