“Sheki City”yə uduzduğu oyuna görə niyə texniki məğlubiyyət verildi?

10.09.2024 13:51 166
Aktual / Ölkə futbolu
AFFA İntizam Komitəsinin texniki məğlubiyyət verdiyi klublardan biri də “Sheki City”di.

Onsuz da komanda “Şəmkir”ə 0:3 hesabıyla uduzmuşdu. 1-ci turun “Şəmkir”lə oyununun 84-cü dəqiqəsində “Sheki City”nin heyətində protokolda adı olmayan 77 nömrəli futbolçu Ramin Məmmədov oyuna qoşulub. Buna görə də şəkililərə 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimələnib.

Klub prezidenti Elgün Hüseynov “Football-plus.az”a bununla bağlı açıqlama verdi:

“Qərar barədə çox şey deyə bilmərəm. Çünki haqlı və yerində olan qərardı. Birinci turda həm işin çoxluğundan, həm də tələskənlikdən oyunçulardan birini sifariş vərəqəsinə daxil edə bilmədik. Nəticədə qayda pozuntusu baş verdi. Ötən il də bizdən başqa digər komandalarda da olmuşdu. Düzdü, yaşanmamalıydı, komanda 400 manat cərimələndi və bu bizim üçün böyük ziyandı. Amma növbəti oyunlarda belə səhvlərə yol verməməyə daha diqqətli olmağa çalışacağıq”.

RÖYANƏ OĞUZ