"Araz-Naxçıvan" və "Neftçi" yarımfinalda - YENİLƏNİB

28.02.2025 21:19 370
Ölkə kuboku / Manşet
Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin sonuncu cavab oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, matçlar "CBC Sport"un efirində canlı yayınlanıb.

Bu gün "Araz-Naxçıvan" və "Neftçi" yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, dünən "Qarabağ" "Səbail"i, "Sabah" "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb.

28 fevral
Zirə - Araz-Naxçıvan 0:2

Felipe Santos, 3-p.; 45.
Zirə, Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.
İlk oyun – 0:1.

Neftçi - Kəpəz 1:0
Bassala Sambu, 27.
Qırmızı vərəqə: Bassala Sambu, 61 (Neftçi)
Bakı, "Neftçi Arena". Saat 19.30.
İlk oyun – 2:0.

27 fevral
Qarabağ - Səbail 3:1

Musa Qurbanlı, 13. Emin Rüstəmov, 43-öz qapısına. Nəriman Axundzadə, 55 - Rüfət Abdullazadə, 15.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16.00.
İlk oyun – 1:0.

Sumqayıt - Sabah 0:4
Anatoli Nuriyev, 55. Xəyal Əliyev, 71. Coy-Lens Mikels, 82. Amin Seydiyev, 90+3.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.30.
İlk oyun – 0:0.

KƏNAN BAHADIR