Holann “Liverpul”a qarşı oynaya biləcək?

26.02.2025 20:25 244
Dünya futbolu
Erlinq Holannın premyer-liqada “Liverpul”a qarşı oynaması sual altındadı.

"Football-plus.az" xəbər verir ki, bu haqda jurnalistlərə Xosep Qvardiola məlumat verib.

Komandanın baş məşqçisi norveçli hücumçunun zədəsinin hələ tam sağalmadığını deyib. Holann premyer-liqanın “Nyukasl” ilə oyununda (4:0) zədələnmiş və Çempionlar Liqasında “Real” ilə cavab matçını buraxmışdı.

Qvardiola digər zədəli futbolçu Con Stounzun vəziyyətinin ağır olduğunu da bildirib. Qeyd edək ki, komandanın digər müdafiəçisi Manuel Akanci də zədəlidi.