Holann meydana nə vaxt qayıdacaq?

15.01.2024 15:14 198
Dünya futbolu
Erlinq Holann hələ bir müddət də yaşıl meydanlarda görünməyəcək.

Bu məlumatı jurnalistlərə Xosep Qvardiola verib.

“Mançester Siti”nin baş məşqçisi norveçli hücumçunun zədəsini yanvarın sonuna qədər sağaldacağına ümid etdiyini bildirib: “Belə zədələrin sağalması vaxt alır. O, ayın sonuna qədər hazır olacaq. Lakin onu da deyim ki, zədənin bərpa prosesi planlaşdırıldığından daha uzun çəkəcək”.