AFFA rəsmisi "Fənərbaxça"nın oyununda

25.02.2025 12:38 238
Ölkə futbolu
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

O, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma martın 6-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda oynanılacaq. Matç Bakı vaxtı ilə saat 21.45-də başlayacaq.