AFFA rəsmisi “Fənərbaxça”nın oyununda

13.01.2025 16:20 270
Ölkə futbolu
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Avropa Liqasının “Fənərbaxça” (Türkiyə) – “Lion” (Fransa) oyununda iş başında olacaq. Təmsilçimiz 7-ci tur çərçivəsində keçiriləcək görüşdə Matç direktoru (UEFA Venue Director) vəzifəsini yerinə yetirəcək. Bu qarşılaşma yanvarın 23-də baş tutacaq.

Qeyd edək ki, görüş İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda keçiriləcək.