AFFA rəsmisi "Fənərbaxça" - "Mançester Yunayted" matçında

21.10.2024 13:09 277
Ölkə futbolu
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Avropa Liqasının 3-cü turunda keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma oktyabrın 24-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.