"Belə bir termin yoxdu ki həmişə “Qarabağ” qalib gəlməlidi" - Qurban Qurbanov

22.02.2025 21:31 347
Ölkə futbolu / Manşet
“Qarabağ” Misli premyer-liqasının 24-cü turunda “Sabah”la heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında görüş haqda fikirlərini bildirib.

- Futbolçularıma təşəkkür edirəm. Oyunun sonlarına yaxın matçın sürəti artdı. Sanki bu matçda hansısa komanda məğlub olsaydı, çox üzülərdilər. Hər iki komanda 1 xal qazandı. Azarkeşlərimizə də təşəkkür edirəm. Sanki oyunun əvvəli bir az darıxdırıcı idi. Get-gedə matç daha da aktivləşdi.

- Murad Musayev “Sabah”ı çalışdıranda bu oyunlar daha maraqlı keçirdi. Hazırda Kurban Berdiyev və Vasili Berezutski “Qarabağ”a məğlub olmayıb. Bu faktda nəzər yetirmisinizmi?
- Böyük təcrübə keçmiş məşqçilərdi. Sabah yenə məğlub ola bilərik. Bu normaldı.

- Bəlkə analiz ediblər…
- Biz də analiz edirik. Belə bir termin yoxdu ki həmişə “Qarabağ” qalib gəlməlidi. Ümumən, komandadan razıyam. İşimizi mövsümlük görürük.

- 7-8 futbolçunun müqaviləsi bitir. Onlarla bağlı vəziyyət necədi?
- Hələ vaxtımız var. Ümumən futbol elə oyundu ki, fikirlərdə dəyişikliklər olur. İlin sonuna vaxt var. Bu mövsümə köklənmişik.

- Buraxdığınız qol epizodunu necə şərh edərdiniz?
- Bir az Matesula bağlı idi. Bəzi epizodlarda məsuliyyətli olmaq lazımdı.

- Sizcə, 1 xal qazandız yoxsa 2 xal itirdiz?
- 1 xal qazandıq. Xallarımızın üzərinə xal gəldi. Bununla da qazanmış olduq.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul