• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İtaliya klublarının uğursuzluğu, “Monako”nu dejavüsü - İCMAL

Dünya futbolu

22-02-2025, 10:0

İkinci oyun gününə Brügge şəhərindəki “Yan Breydel” stadionunda start verildi.

“Atalanta” səfərdə oynamasına baxmayaraq, favorit sayılırdı. Amma sentyabrdan bəri doğma fanatları önündə heç kimə uduzmayan Belçika çempionu inamlı təsir bağışladı. Matçın əvvəllərində rəqib qapısını mühasirəyə alan “Brügge” layiq olduğu qolu erkən vurdu. Şoku üzərindən atandan sonra yavaş-yavaş özünə gəlməyə başlayan “Atalanta” fasilə ərəfəsində Paşaliçin baxımlı baş zərbəsi ilə hesabı bərabərləşdirdi. Təcrübəli xorvatiyalı futbolçu ÇL-də ardıcıl 3-cü qarşılaşmada qol sevinci yaşadı.

Tərəflərin səyinə baxmayaraq, uzun müddət oyunda başqa qol olmadı və hər şey heç-heçəyə doğru gedirdi. Amma son anlarda məsələyə türkiyəli hakim Xəlil Umut Meler qarışdı. Hinin Nilssonun üzünə azacıq toxunması hakimin “nöqtə”ni göstərməsi üçün kifayət etdi. Türkiyə çempionatı üçün belə penaltilər adi haldı. Amma ÇL-in pley-offunda belə penaltinin verilməsi çox böyük söz-söhbətə səbəb oldu. Qonaqların çalışdırıcısı Qasperini o qədər əsəbləşdi ki, penaltinin qolla nəticələnməsinin ardından gödəkçəsini yerə fırlatdı və final fitini gözləmədən paltardəyişmə otağına yollandı.

İtaliyanın digər təmsilçisi “Milan” üçün də pley-offun ilk oyunu uğursuz alındı. “Milan” da eynilə “Atalanta” kimi səfərdə oynamasına baxmayaraq, favorit sayılırdı. Amma bu mövsüm Avropa nəhənglərinə qarşı oyunlarda əldə etdiyi nəticələrlə diqqəti çəkən “Feyenoord” cavab oyunu ərəfəsində üstünlük əldə etdi. Matçın taleyini 3-cü dəqiqədə vurulan qol həll etdi. Payşaonun zərbəsi ilk baxışdan qorxulu alınmasa da, Menyan kobud səhvə yol verərək topu yaxın küncdən buraxdı. Rotterdam klubu qoldan ruhlanaraq bir qədər də inamlı oynamağa başladı. Komanda xüsusilə pressinqdən əla istifadə edirdi. Müdafiədən hücuma çıxmaqda çətinlik çəkən “Milan” nadir hallarda Vellenroyterin qapısına yaxınlaşa bilirdi. Hətta ilk yarının sonlarında Payşaonun daha bir zərbəsi tirə tuş gəlməsəydi, qonaqların işi bir qədər də çətin olacaqdı.

“Rossonyerlər” oyunun sonlarına yaxın təzyiqə bənzər bir şey qursalar da, məğlubiyyətdən xilas ola bilmədilər. Beləliklə, həm “Atalanta”, həm də “Milan” ilk görüşdə heç minimum hədəfə də çata bilmədi. Digər iki cütdə isə meydan sahibləri məğlubiyyətlə barışmalı oldular. Son vaxtlar olduqca qeyri-sabit çıxış edən “Monako”nun “Benfika” ilə qarşılaşmada daha istəkli olacağını gözləmək olardı. Çünki əsas mərhələdə “knyazlar” evdə bu rəqibə 2:3 hesabı ilə uduzmuşdu. Amma gözlənilənlərin əksinə, meydan sahibləri qisas hissi ilə alışıb-yanmadılar və dejüvü yaşadılar.

Ümumiyyətlə, oyun o qədər də baxımlı alınmadı. Noyabrdakı qarşılaşmada olduğu kimi, bu dəfə də “Monako” 2-ci hissənin əvvəllərində azlıqda qaldı! O vaxt Sinqo 58-ci dəqiqədə ikinci sarı vərəqəni almışdısa, bu dəfə qışda “Beşiktaş”dan icarəyə götürülən Əl Musrati 52-ci dəqiqədə eyni cəza ilə üzləşdi. Özü də hakimə etiraza görə! Həmin ana qədər hesab artıq açılmışdı. Daha bir bənzərlik ondadı ki, Pavlidis noyabrdakı oyunda olduğu kimi bu dəfə də məhz 48-ci dəqiqədə fərqləndi!

“Monako”nun bu oyundakı yeganə uğuru azlıqda qol buraxmaması oldu. Hər halda, minimal məğlubiyyətin əvəzini səfərdə çıxmaq mümkündü. Özü də nəzərə alaq ki, “Benfika” bu mövsüm ÇL-də öz meydanında artıq iki dəfə uduzub.
“Bavariya” üçün Qlazqo səfəri heç də asan keçmədi. Amma Münhen nəhəngi “Atalanta” və “Milan”dan fərqli səfərdə favorit statusunu doğrultmağı bacardı. Qonaqlar “Seltik”in sıx müdafiəsini yalnız fasilə ərəfəsində yarmağa müvəffəq oldular. Olise mükəmməl zərbə ilə yaxın küncü dəqiq nişan alaraq günün ən baxımlı qollarından birini vurdu.

İkinci hissənin əvvəllərində künc zərbəsi zamanı “Seltik” müdafiəçiləri nədənsə Keyni tam nəzarətsiz qoydular. Müasir futbolun ən güclü hücumçularında biri isə belə hədiyyəni geri çevirməyərək yaxın məsafədən sol ayağı ilə topu tora göndərdi. İtiriləsi bir şeyi qalmayan “Seltik” 70-ci dəqiqədən sonra xeyli fəallaşataq Noyerin qapısı önündə təhlükəli vəziyyətlər yaratmağa başladı. Bunlardan biri yerli fanatların sevimlisi Maedanın qolu ilə nəticələndi. Əsas mərhələnin 7-ci turunda - “Yanq Boyz”la oyunda qırmızı vərəqə alan yaponiyalı forvardın cəzası iki oyundan bir oyuna endirildiyi üçün o, bu qarşılaşmada forma geyə bildi. Və üstəlik qol da vurdu. Amma Şotlandiya çempionunun bundan artığına gücü çatmadı. Futbol hər nə qədər sürprizlərlə zəngin olsa da, “Bavariya”nın bu üstünlüyü gələn həftə ev oyununda əldən verəcəyi inandırıcı görünmür.

pley-off, ilk oyunlar
Brügge – Atalanta 2:1 (1:1)

Brügge (Belçika): Minyole, Seys, Ordonye, Mexele, De Kuyper, Onyedika, Yaşari, Talbi (Sike, 86), Vanaken, Tsolis (Nilsson, 70), Xutqla (Vetlesen, 86).
Atalanta (Berqamo, İtaliya): Patrisio, Bellanova (Kuadrado, 63), Poş (Toli, 71), Hin, Cimşiti, Zappakosta (Palestra, 86), De Roon, Ederson, Paşaliç (Samardziç, 63), De Ketelare, Reteqi (Breşianini, 71).
Qollar: Xutqla, 15 (1:0). Paşaliç, 41 (1:1). Nilsson, 90+4-p. (2:1).
Vərəqələr: Toloi, 90+1. Kuadrado, 90+2. Hin, 90+2 – sarı.
Hakim: Xəlil Umut Meler (Türkiyə).
12 fevral. Brügge. 24242 tamaşaçı.

Monako – Benfika 0:1 (0:0)
Monako (Fransa): Maetski, Vanderson, Kerer, Salisu, Diatta, Zəkəriyə, Əl Musrati, Akliuş (Ben Seqir, 68), Qolovin (Minamino, 68), Biret (Maqassa, 57), Embolo.
Benfika (Lissabon, Portuqaliya): Trubin, T.Arauxo (Di Mariya, 67), Silva, Otamendi, Fernandes, Eursnes, Orkun Kökçü, F.Luiş (Martinş, 67), Şelderup (Amduni, 78), Kərəm Aktürkoğlu, Pavlidis (Belotti, 78).
Qol: Pavlidis, 48.
Vərəqələr: Fernandes, 16. Əl-Musrati, 41. F.Luiş, 56. Vanderson, 79. Zəkəriyə, 90+1– sarı. Əl Musrati, 52 – qırmızı (ikinci sarı).
Hakim: Mauritsio Mariani (İtaliya).
12 fevral. Monako. 12159 tamaşaçı.

Feyenoord – Milan 1:0 (1:0)
Feyenoord (Rotterdam, Niderland): Vellenroyter, Rid (Mitçell, 79), Bellen, Hantsko, Smal (Bueno, 70), Moder, Milambo, K.Timber (Osman, 79), Hac Mussa, Payşao (İvanuşets, 85), Ueda (Karransa, 46).
Milan (İtaliya): Menyan, Uoker, Tiav (Tomori, 60), Pavloviç, T.Ernandes, Fofana, Reynders, Pulişiç (Çukvueze, 60), Feliş, Leao (Kamarda, 83), Ximenes (Abraham, 82).
Qol: Payşao, 3.
Vərəqələr: Tiav, 51. Smal, 57. Milambo, 62 – sarı.
Hakim: Xose Mariya Sançes (İspaniya).
12 fevral. Rotterdam. 45000 tamaşaçı.

Seltik – Bavariya 1:2 (0:1)
Seltik (Qlazqo, Şotlandiya): Şmeyhel, Conston, Karter-Vikers, Trasti, Teylor (Şlupp, 65), Makqreqor, Hatate, Engels, Kyun (Yan Hyun-Cun, 77), Maeda, Ayda (Jota, 65).
Bavariya (Münhen, Almaniya): Noyer, Laymer, Upamekano, Dayer, Gerreyro (İto, 78), Qoretska, Kimmix, Olise (Qnabri, 65), Musiala (Müller, 87), Sane (Koman, 64), Keyn.
Qollar: Olise, 45 (0:1). Keyn, 49 (0:2). Maeda, 79 (1:2).
Vərəqə: yoxdu.
Hakim: Xesus Xil Mansano (İspaniya).
12 fevral. Qlazqo. 57406 tamaşaçı.
Cavab oyunları fevralın 18-19-da keçiriləcək.
Bombardirlər: Girassi (Borussiya D) – 10, Levandovski (Barselona) – 9, Rafinya (Barselona), Holann (Mançester Siti) – 8, Vinisius (Real), Keyn (Bavariya) – 7.

Faktlar
* “Seltik” “Bavariya”ya qarşı keçirdiyi 5-ci oyunda da qələbəyə həsrət qaldı (1 heç-heçə, 4 məğlubiyyət).
* Keyn “Bavariya”da keçirdiyi ilk 20 ÇL matçında 20 qolun vurulmasında yaxından iştirak edib (15 qol, 5 məhsuldar ötürmə). Bu, klub tarixində rekord göstəricidi! Ümumilikdə ingiltərəli forvard indiyə qədər Münhen nəhəngində keçirdiyi 72 rəsmi oyunda 72 qol, 22 məhsuldar ötürməlik mükəmməl performans sərgiləyib.
* Keyn karyerası ərzində Kasper Şmeyhelə 19-cu qolunu vurdu. Onlar daha öncə İngiltərədə “Tottenhem” ilə “Lester”in duelində dəfələrlə üz-üzə gəlib. Keynin 14-dən çox top vurduğu başqa qapıçı yoxdu.
* “Bavariya”lı Olise ÇL-də debüt mövsümünü keçirməsinə baxmayaraq, artıq 5 qol vurub. Fransalı futbolçular arasında yalnız Tyerri Anri (7) və Kilian Mbappe (6) bu turnirdə debüt mövsümündə ondan daha çox top vurub.
* “Brügge” ÇK/ÇL-də yubiley – 300-cü oyununu keçirdi. “Brügge” bununla da Avropanın ən mötəbər klub turnirində 300 oyun həddinə çatan 23-cü klub, “Anderlext”dən sonra bunu bacaran ikinci Belçika təmsilçisi oldu.
* Paşaliç “Atalanta”nın heyətinə ÇL-də 7-ci qolunu vurdu. Bununla da o, klub tarixinin bu turnirdəki ən məhsuldar oyunçuları olan Duvan Sapata ilə Yosip İliçiçə çatdı.
* “Milan”ın Niderland klubları ilə son 11 qarşılaşmada yalnız 2 qələbəsi var (5 heç-heçə, 4 məğlubiyyət).
* “Feyenoord” son 18 ildə ÇL-in pley-offunda evə qələbə qazanan ilk Niderland təmsilçisi oldu. Sonuncu dəfə bunu 2007-nin fevralında – 1/8 finalda “Arsenal”ı evdə 1:0 məğlub edən PSV bacarmışdı.
* Payşao 3-cü dəqiqədə fərqlənməklə “Feyenoord”un 1971-ci ildən bəri bu turnirdəki ən erkən qolunu vurdu.

Oyundan sonra
Niki Hayen, “Brügge”nin baş məşqçisi:

“İlk yarıda fürsətlərimiz çox olsa da, effektliliyimiz az idi. “Atalanta”nın gücündən xəbərdardıq. Onların bu qədər epizodu əldən verməyimiz qarşılığında bizi cəzalandıracaqlarını bilirdik. Ona görə də buraxdığımız qol bizə çox da pis təsir etmədi. Qola düzgün reaksiya verərək hücumlarımızı davam etdirdik. Oyun baxımıdan bu gün ideala yaxın futbol sərgilədik. Sonradan meydana buraxdığım oyunçular da ümidlərimi doğrultdu. İndi çalışmalıyıq ki, bu oyunu səfərdə də nümayiş etdirək”.

Canpyero Qasperrini, “Atalanta”nın baş məşqçisi:
“Futbol kirlənib və düzgün istiqamətdə irəliləmir. Əvvəllər qayda pozuntusu qeydə alınmasının şərtləri başqa idi. Artıq futbolun qaydalarını anlamıram. Faciə ondadı ki, bütün futbolçular hakimin ya rəqibə sarı vərəqə göstərməsi, ya da penalti təyin etməsi üçün özlərini yerə atırlar. Görünür, bundan sonra oyunçularımdan rəqibə toxunmamaları üçün meydanda pinqvin kimi qaçmağı tələb etməli olacam. İndi izlədiyimiz futbolun bu idman növü ilə heç bir əlaqəsi yoxdu! Bu məsələ ciddi müzakirə olunmalıdı. Artıq nəyə görə qayda pozuntusu verildiyini, nəyə görə isə verilmədiyini anlamaq olmur”.

Adi Hütter, “Monako”nun baş məşqçisi:
“Qırmızı vərəqəyə qədər oyun bərabər səviyyədə gedirdi. Qırmızı vərəqə matçın taleyini həll etdi. Hakimin çox sərt mövqe tutduğunu düşünürəm. Çünki Əl Musrati o qədər də aqressiv oynamamışdı. Şifahi xəbərdarlıqla da kifayətlənmək olardı. Qol buraxdığımız epizodda daha diqqətli oynaya bilərdik. Hesabda geri düşəndən sonra artıq bu nəticəni qorumağa başladıq. Yaxşı ki, heç olmasa, ikinci qolu buraxmadıq. Bir top fərqi ilə uduzmqaq faciə deyil. Təbii ki, doğma fanatlar önündə məğlub olmaq insana xoş hisslər bəxş etmir. Amma cavab oyununda vəziyyəti xeyrimizə dəyişmək üçün əlimizdən gələni edəcəyik. Sadəcə, qalib gələ biləcəyimizə özümüz də inanmalıyıq”.

Bruno Laje, “Benfika”nın baş məşqçisi:
“İlk yarı taktiki mübarizə şəraitində keçdi. Çünki komandalar bir-birini yaxşı tanıyırdı. Bu mövsüm artıq bir dəfə qarşılaşmışdıq. İkinci hissədə bizə lazım olan qolu vura bildik. Amma hər birimizə çox gözəl aydındı ki, qətiyyən rahatlaşmamalıyıq. Bütün suallara cavab matçında aydınlıq gələcək”.

Paskal Bosxart, “Feyenoord”un müvəqqəti məşqçisi:
“Futbolçular necə oynaya bildiklərini növbəti dəfə nümayiş etdirdilər. Bizim öz dəst-xəttimiz və planımız var. Düzdü, bu matç üçün bu planı azacıq dəyişdik. Amma işə yaradı. Müdafiədə mükəmməl oynadıq. Pressinqdən də oyunboyu yaxşı istifadə etdik. Amma növbəti mərhələ haqda düşünmək tezdi. Qarşıda cavab oyunu var”.

Serjio Konseysao, “Milan”ın baş məşqçisi:
“Belə oyunlarda xarakter və mentallıq sərgiləmək lazımdı. “Feyenoord” məhz bunu etdi. Stadiondakı möhtəşəm atmosferin də onlara köməyi dəydi. Əslində bərabərlik qolu üçün şanslarımız var idi. Həvəsdən düşməməliyik. Bu gün edə bilmədiklərimizi çərşənbə axşamı öz meydanımızda etməyə çalışacağıq”.

Brendan Rocers, “Seltik”in baş məşqçisi:
“Son 25 dəqiqədə fəallığı, aqressviliyi artırdıq. Bunun nə ilə nəticələndiyini özünüz gördüz. Özümüzə gəlməyə başlayan kimi qol vurduq. “Bavariya” 2:1-i qorumaq üçün son anlarda bütün komanda ilə geri çəkilməli oldu. Qarşıda hələ bir oyun da var. Şanslarımız mütləq olacaq. Digər tərəfdən unutmayaq ki, heyətimizdə gənc oyunçular çoxdu. Belə səviyyədəki rəqiblər onlar üçün yenilikdi. Təəssüflənmək əvəzinə gəlin cavab oyununu gözləyək”.

Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:
“Səfərdəki ilk pley-off oyunu üçün əla əticədi. Bu stadionun ab-havası fərqlidi. “Seltik” öz meydanında çox nadir hallarda məğlub olur. Ona görə də bu gün sərgilədyimiz futbolun və qazandığımız qələbənin qədrini bilməliyik. Adətən, evdə uğurli çıxış edirik. Yəni bu qələbənin davamını evdə də gətirərək növbəti mərhələyə adlamağa çalışacağıq. Son 10 dəqiqəni nəzərə almasaq, oyuna yaxşı nəzarət etdik. Son 10 dəqiqədə isə bütün diqqəti müdafiəyə yönəltdik və bunun öhdəsindən yaxşı gəldik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-02-2025, 23:0

Türkiyəli hakimin idarə etdiyi oyunda yenə aləm bir-birinə dəydi!

Dünya futbolu

10-12-2024, 17:0

Səudiyyə Ərəbistanında aləmi bir-birinə qatan türkiyəli hakimə ÇL-də oyun verildi

Dünya futbolu

19-02-2025, 02:0

“Milan”, “Atalanta”, “Seltik” və “Monako” ÇL ilə vidalaşdı

Dünya futbolu

14-10-2022, 14:0

''Brügge'' bunu bacaran 3-cü Belçika klubu oldu

Dünya futbolu

2-01-2025, 18:0

Türkiyəli hakimin idarə etdiyi oyun yenə qalmaqallı alındı

Dünya futbolu

2-12-2024, 20:0

Türkiyəli hakim Səudiyyə Ərəbistanında iki qırmızı vərəqə göstərdi

Aktual
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Son xəbərlər
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
Daha çox
Oxunub: 701
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə