"Karvan"ın futbolçusu mükafatlandırıldı

19.02.2025 14:58 271
Ölkə futbolu
1-ci liqada yanvar ayının ən yaxşı qolunun müəllifi olan Emil Qasımov mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, “Karvan”ın futbolçusuna mükafatlar 15-ci turun “Cəbrayıl”la qarşılaşmasından əvvəl verilib.

Mükafatları Peşəkar Futbol Liqasının Media və Marketinq direktoru Sənan Abdullayev təqdim edib.