Fernando Santuş və Frank de Bleker "Sumqayıt"ın matçında

17.08.2024 21:17 379
Aktual / Ölkə futbolu
"Sumqayıt" Misli premyer-liqasının 3-cü turunda "Səbail"i qəbul edir.

"Football-plus.az"ın məlumatına görə, oyunu sadəcə azarkeşlər deyil, həm də başqa qonaqlar izləyir.

Belə ki, millimizin baş məşqçisi Fernando Santuş, direktoru İlqar Qurbanov, Hakimlər Komitəsinin sədri Frank de Bleker və sabiq hakim Ömər Paşayev "Mehdi Hüseynzadə"dədi.

Qeyd edək ki, görüşdə hələ hesab açılmayıb.

KƏNAN BAHADIR