• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yalnız “Mançester Yunayted” uduzmadı - İCMAL

Reportaj / Avropa Liqası

2-02-2025, 23:0

Yanvarın 30-da Avropa Liqasının (AL) əsas mərhələsində 8-ci turun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, əvvəlki turdan sonra pley-offa vəsiqəni təmin edən 15 komanda müəyyənləşmişdi. Həmin komandalardan yalnız biri - “Latsio” birbaşa 1/8 finala çıxmışdı. Sonuncu turdan sonra həm bu, həm də pley-off mərhələsində oynayacaq bütün iştirakçılar müəyyənləşdi.

İlk 7 turda məğlub olmayan “Latsio”nun seriyası “Braqa” ilə oyunda qırıldı. İtaliya klubu Portuqaliyada buraxdığı erkən qola cavab verə bilmədi. Buna baxmayaraq, Marko Baroninin komandası yekun turnir cədvəlində 1-ci yeri itirmədi.

“Viktoriya”ya 3:1 hesabıyla qalib gələn “Atletik” də sonda 19 xal topladı, lakin bilbaolular topların fərqinə əsasən romalılardan geri qaldılar. İspaniya və İtaliya təmsilçiləri kimi, “Mançester Yunayted”, “Tottenhem”, “Ayntraxt” (Frankfurt), “Lion”, “Olimpiakos” və “Reyncers” də ilk 8 yeri təmin etməklə birbaşa 1/8 finalda oynamaq hüququ qazandı. Reqlamentə əsasən, vahid liqada mübarizəni yekun cədvəlin 9-24-cü yerlərində başa vuran 16 komanda - “Bude/Qlimt”, “Anderlext”, FKSB, “Ayaks”, “Real Sosyedad”, “Qalatasaray”, “Roma”, “Viktoriya” (Plzen), “Ferentsvaroş”, “Portu”, “Alkmaar”, “Midtüllann”, “Yunion”, PAOK, “Tvente” və “Fənərbaxça” isə pley-offda iştirak edəcək.

Təəssüf ki, vahid liqa mərhələsi təmsilçimiz üçün çox uğursuz sona çatdı. İlk 7 matçda “Tottenhem” (0:3), “Malmö” (1:2), “Ayaks” (0:3), “Lion” (1:4), “Elfsborq” (0:1) və FKSB-dən (2:3) xal ala bilməyən və yalnız “Bude/Qlimt”ə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” sonuncu tur ərəfəsində 36 komanda arasında 34-cü yerdə idi. Ağdamlılar cümə axşamı “Olimpiakos”a da uduzdular (0:3). Kiyev “Dinamo”sunun RFŞ-yə qalib gəlməsi (1:0) və “Nitsa”nın “Bude/Qlimt”dən bir xal (1:1) alması Azərbaycanın son çempionunu turnir cədvəlinin “zirzəmisi”nə saldı.

Ümumiyyətlə, cari mövsüm postsovet məkanından olan komandalar üçün uğursuz keçdi. Qeyd etdiyimiz kimi, RFŞ “Dinamo”ya uduzsa da, bu komandadan yüksək yeri - 32-ni tutdu. Kiyevlilər minimalhesablı qələbə ilə sonuncu yerdən 34-cü yə yüksəldilər. Bir sözlə, sabiq ittifaq məkanından olan komandalardan heç biri pley-offa belə adlaya bilmədi.

Həlledici oyunlarda qeydə alınan bir sıra maraqlı faktlara gəlincə, “Mançester Yunayted”in əsas mərhələni məğlubiyyətsiz başa buran yeganə komanda olduğunu ilk növbədə qeyd edək. FKSB-ni iki cavabsız qolla üstələyən İngiltərə nəhəngi Ruben Amorimin başçılığı altında keçirdiyi 4-cü qitə kuboku oyununu da qalib başa vurdu. Portuqaliyalı əfsanəvi ser Aleks Ferqyusondan sonra MY ilə ilk 4 avrokubok matçında qələbə qazanan ilk mütəxəssis oldu. 1/8 finala birbaşa vəsiqəyə yiyələnən İngiltərənin digər təmsilçisi “Tottenhem”di. “Elfsborq”la ev oyununu 3:0 hesabıyla başa vuran londonluların sonuncu qolunun müəllifi Mur oldu.

Meydana 17 yaş 172 günlüyündə çıxan Maykl əfsanəvi Cimmi Qrivzin 1957-ci ildə müəyyən etdiyi rekordu (17 yaş 245 gün) yeniləyərək tarixə avrokuboklarda qol vuran ən yeniyetmə ingiltərəli futbolçu kimi düşdü!

əsas mərhələ, 8-ci tur
Braqa (Portuqaliya) - Latsio (İtaliya) 1:0
Rikardo Orta, 6.
Latsio: Mandas, Maruşiç, Jiqo, Xila (Dia, 71), Romanyoli, Luka Pelleqrini (Zatsa, 88), Dele-Başiru, Çauna (İsaksen, 66), Pedro, Noslin, Kastelyanos (Balde, 88).
Atletik (İspaniya) - Viktoriya (Plzen, Çexiya) 3:1
N.Uilyams, 25. Y.Alvares, 64. Marton, 90+5 – Qavel, 71.
Atletik: Aqirresabala, Berçiçe, Y.Alvares, Vivian, De Markos, Xaureqisar (Vesqa, 70), Prados, N.Uilyams (Marton, 89), Berenger (Sanset, 66), İ.Uilyams (Calo, 70), Quruseta (Unay Qomes, 89).
FKSB (Rumıniya) - Mançester Yunayted (İngiltərə) 0:2
Dalot, 60. Maynu, 68.
Mançester Yunayted: Bayındır, L.Martines (Yoro, 71), De Liqt, Mazraui, Dalot, Maynu, Eriksen (Kazemiro, 72), Malasiya (Qarnaço, 46), B.Fernandeş, Kollyer (Diallo, 46), Höylunn (Zirkzee, 80).
Tottenhem (İngiltərə) - Elfsborq (İsveç) 3:0
Skarlett, 70. Acayi, 84. Mur, 90+4.
Tottenhem: Ostin, Porro, Van de Veen (Drequşin, 46/Skarlett, 66), Devis, Berqvall, Qrey, Bentankur (Bissuma, 46), Sarr, Mur, Rişarlison (Acayi, 80), Son Hın Min (Kulusevski, 46).
Roma (İtaliya) - Ayntraxt (Frankfurt, Almaniya) 2:0
Anxelinyo, 44. Şomurodov, 68.
Roma: Svilar, Hummels, Ndika, Mançini, Anxelinyo, Paredes (Kristante, 61), Kone, Lorentso Pelleqrini (Çelik, 80), Salemakers (Sule, 60), Dibala (Pizilli, 80), Dovbik (Şomurodov, 67).
Ayntraxt: Trapp, Kristensen, Tuta, Kox, Teate, Knauff (Uzun, 64), Sxiri, Larsson (Daud, 64), Bahoya (Nkunku, 64), Şaibi (Bekir, 84), Ekitike (Matanoviç, 72).
Lion (Fransa) - Ludoqorets (Bolqarıstan) 1:1
Tolisso, 54 – Diniş Almeyda, 78.
Lion: Perri, Abner (Talyafiko, 78), Meytlend-Nayls, Çaleta-Sar, Nyakate, Tolisso, Tessmann (Lakazett, 64), Veretu (Matiç, 64), Nuama (Kümbedi, 84), Mikautadze, Şerki.
Reyncers (Şotlandiya) - Yunion (Belçika) 2:1
Raskin, 21. Çernı, 55 – Makallister, 84.
Reyncers: Batlend, Tavernye, Kinq (Makkozlend, 14), Pröpper, Jefte, Raskin, Dyomande, Çernı (Sauttar, 63), İqamane (Lavleys, 80), Bayrami (Nsio, 80), Dessers.
Real Sosyedad (İspaniya) - PAOK (Yunanıstan) 2:0
Oskarsson, 43; 48.
Real Sosyedad: Marrero, Odriosola (X.Martin, 46), Elustondo, Agerd, S.Qomes (Lopes, 81), Barreneçea (Kubo, 73), Subimendi (Olasaqasti, 63), Mendes, Marin, Beker, Oskarsson (Oyarsabal, 78).
Olimpiakos (Yunanıstan) - QARABAĞ (AZƏRBAYCAN) 3:0
Əl-Kaabi, 56; 60. Byankon, 89.
Slaviya (Çexiya) - Malmö (İsveç) 2:2
Xorı, 46. Şrants, 76 – Əli, 69. Bolin, 71.
Makkabi (Təl-Əviv, İsrail) - Portu (Portuqaliya) 0:1
Niko, 58.
Ferentsvaroş (Macarıstan) - Alkmaar (Niderland) 4:3
Ben Romdhane, 9; 45. Traore, 34. Varqa, 82-p. – Miynans, 76; 90+5. Perrott, 90.
Dinamo (Ukrayna) - RFŞ (Latviya) 1:0
Pixalenok, 76.
Nitsa (Fransa) - Bude/Qlimt (Norveç) 1:1
Buanani, 74 – Byörkan, 54.
Anderlext (Belçika) - Hoffenhaym (Almaniya) 3:4
Vaskes, 18. Qoto, 74. Auqustinsson, 88 – Qranaç, 41. Bişof, 54. Mokva Ntusu, 59. Qlojek, 65.
Ayaks (Niderland) - Qalatasaray (Türkiyə) 2:1
B.Traore, 23. Fits-Cim, 58 - Osimhen, 90+4.
Midtüllann (Danimarka) - Fənərbaxça (Türkiyə) 2:2
Diao, 27. Byuskov, 86 – Ən-Nəsiri, 39. Ceko, 47.
Tvente (Niderland) - Beşiktaş (Türkiyə) 1:0
Rots, 76.

Yekun cədvəl
1. Latsio 8 6 1 1 17-5 19
2. Atletik 8 6 1 1 15-7 19
3. Mançester Y 8 5 3 0 16-9 18
4. Tottenhem 8 5 2 1 17-9 17
5. Ayntraxt F 8 5 1 2 14-10 16
6. Lion 8 4 3 1 16-8 15
7. Olimpiakos 8 4 3 1 9-3 15
8. Reyncers 8 4 2 2 16-10 14
9. Bude/Qlimt 8 4 2 2 14-11 14
10. Anderlext 8 4 2 2 14-12 14
11. FKSB 8 4 2 2 10-9 14
12. Ayaks 8 4 1 3 16-8 13
13. Real Sosyedad 8 4 1 3 13-9 13
14. Qalatasaray 8 3 4 1 19-16 13
15. Roma 8 3 3 2 10-6 12
16. Viktoriya P 8 3 3 2 13-12 12
17. Ferentsvaroş 8 4 0 4 15-15 12
18. Portu 8 3 2 3 13-11 11
19. Alkmaar 8 3 2 3 13-13 11
20. Midtüllann 8 3 2 3 9-9 11
21. Yunion 8 3 2 3 8-8 11
22. PAOK 8 3 1 4 12-10 10
23. Tvente 8 2 4 2 8-9 10
24. Fənərbaxça 8 2 4 2 9-11 10
25. Braqa 8 3 1 4 9-12 10
26. Elfsborq 8 3 1 4 9-14 10
27. Hoffenhaym 8 2 3 3 11-14 9
28. Beşiktaş 8 3 0 5 10-15 9
29. Makkabi T-Ə 8 2 0 6 8-17 6
30. Slaviya 8 1 2 5 7-11 5
31. Malmö 8 1 2 5 10-17 5
32. RFŞ 8 1 2 5 6-13 5
33. Ludoqorets 8 0 4 4 4-11 4
34. Dinamo 8 1 1 6 5-18 4
35. Nitsa 8 0 3 5 7-16 3
36. Qarabağ 8 1 0 7 6-20 3

Bombardirlər: Əl-Kaabi (Olimpiakos) – 7, Varqa (Ferentsvaroş) - 6, Akgün (Qalatasaray), Omorodion (Portu), Osimhen (Qalatasaray), Höylunn (Mançester Yunayted) - 5.

Paylaş:
Digər xəbərlər

Reportaj / Avropa Liqası

28-01-2025, 12:0

“Latsio” 1/8 finalın ilk iştirakçısı oldu - İCMAL

Dünya futbolu / Avropa Liqası

24-12-2024, 10:0

Kiyev “Dinamo”su yanvarda AL ilə vidalaşacaq - ŞƏRH

Avropa Liqası

7-10-2024, 15:0

“Latsio”, “Lion”, “Tottenhem”, FKSB və “Anderlext”dən növbəti qələbə - İCMAL

Dünya futbolu

20-11-2024, 14:0

Yalnız “Latsio” itkisiz irəliləyir - ŞƏRH

Dünya futbolu

8-12-2024, 19:0

“Latsio” ilk dəfə büdrədi və üçhakimiyyətlilik yarandı - ŞƏRH

Dünya futbolu

28-10-2024, 13:0

“Latsio”, “Tottenhem” və “Anderlext” itkisiz irəliləyir - ŞƏRH

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə