"Zirə"də iki yeni müqavilə - FOTO

1.02.2025 11:17 222
Ölkə futbolu
“Zirə” iki futbolçusu ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi Salifu Suma və İssa Cibrilla ilə yeni müqavilə bağlayıb. Hər iki oyunçu 2027-ci ilin yayınadək "Zirə"də çıxış edəcək.

Qeyd edək ki, İssa Cibrilla 2022, Salifu Suma isə 2023-cü ildən “Zirə”nin formasını geyir.

"Zirə"də iki yeni müqavilə