Amil Yunanov geoparddı?

28.01.2025 14:33 752
Aktual / Ölkə futbolu
Amil Yunanovun karyerasını “Şəfa”da davam etdirəcəyini xəbər vermişdik.

Bir neçə gün öncə klub futbolçunun keçidini rəsmən açıqladı. Eyni zamanda Yunanovun təqdimat mərasiminin də olacağını xəbər vermişdik. Amma bu mərasimlə bağlı heç bir məlumata rast gəlmədik. Klubun idman direktoru Elvin Ələsgərov məsələyə belə aydınlıq gətirdi:

“Amil Yunanovun təqdimat mərasimi yanvarın 22-də “My Group Holdinq”in ofisinin yerləşdiyi “Çinar Palace”də oldu. Bu barədə “instaqram” hesabımızda məlumat paylaşılıb”.

“Şəfa” “instaqram” hesabında Amillə bağlı belə paylaşım edib:

“Bir neçə gün öncə sizi kölgədə öz anını gözləyən, xaricdən bizə qoşulan “Geopard” ilə maraqlandırmışdıq! Tanış olun, “Şəfa”nın yeni oyunçusu Amil Yunanov. O, Albaniyanın “Bülis” klubundan transfer olunub. Yeni “Geopard”ımıza uğurlar və nailiyyətlər arzulayırıq”.

Göründüyü kimi, futbolçu, sadəcə, təriflənib. Sən Allah, belə təqdimat mərasimi olur?!

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul