Juninyo "Flamenqo"da debüt etdi

26.01.2025 14:58 275
Dünya futbolu
Qış fasiləsində “Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo yeni komandasında debüt edib.

"Football-plus.az" xəbər verir ki, braziliyalı hücumçu Quanabara Kubokunun qrup mərhələsinin 5-ci turunun “Volta Redondo” ilə görüşündə meydana çıxıb. Matça ehtiyatda başlayan 28 yaşlı forvard 60-cı dəqiqədə - komandası 2:0 öndə olarkən Beyni Henrikenin əvəzinə meydana daxil olub.

Rəqibini 2 cavabsız qolla üstələyən “Flamenqo” xallarını 7-yə çatdıraraq, yarımfinala vəsiqəni təmin edib.