“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.
"Football-plus.az" xəbər verir ki, rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Boqdan-Kornel Merişanu 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”də çalışıb. Həmin dönəmdəki baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub. O, məşqçi kimi “Neftçi”dən başqa Rumıniyanın “Poltexnika Timişoara” (2012-16), “Universitatya Krayova” (2021-22, 2023), Səudiyyə Ərəbistanının “Əl-Vehda” (2018), “Əl-Əhli” (2021), “Əl-Tai” (2023-2024), BƏƏ-nin “Əl-Vəsl” (2019-21), Tunisin “Esperans” (2024) klublarında və Rumıniyanın U-21 millisində (2016-2018) çalışıb.