"Real" "Barselona"ya qarşı La Liqanın 11-ci turunun matçındakı irqçiliklə bağlı araşdırma aparacaq.
Bu barədə Madrid təmsilçisinin rəsmi saytı xəbər yayıb. "Kral klubu" futbolda və idmanda irqçiliyi, zorakılığı nəzərdə tutan istənilən davranışı qətiyyətlə pislədiyini bildirib. "Real" bir neçə azarkeşin səsləndirdiyi ifadələrə görə təəssüf hissi keçirdiyini bəyan edib. Klub həmin şəxsləri tapmaq üçün araşdırmaya start verib.
Qeyd edək ki, "Barselona"nın oyunçusu Lamin Yamal həmin oyunda irqçiliyə məruz qalıb.
Son “El Klasiko”nun ardından daha bir maraqlı xəbər yayılıb. “Real”ın prezidenti Florentino Peres məğlubiyyətdən sonra yeni qapıçı almaq fikrinə düşdüb. Tibo Kurtuanın zədəsi üzündən əsas heyətdə yer alan Andrey Luninin oyunu prezidenti razıl salmayıb. Peres uğursuzluğun günahını həm də onda görür. “Real”a keçməyə namizədlərdən biri “Lill”in qapıçısı Lüka Şevalyedi.