"Zirə"nin kapitanı üçün yubiley

19.01.2025 13:29 256
Ölkə futbolu
“Zirə”nin kapitanı Qismət Alıyev Azərbaycan premyer-liqasında 200-cü oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, onun yubileyi 19-cu turda ötən gün “Araz-Naxçıvan”la keçirilən matça təsadüf edib.

28 yaşlı yarımmüdafiəçi 200 oyunu iki komandanın heyətində keçirib. 2015-20-ci illərdə "Qəbələ"də oynayan futbolçu 2020-ci ildən "Zirə"də çıxış edir.