Holannın ardıcıl 5-ci “Qızıl top”u!

18.01.2025 19:15 262
Dünya futbolu
Norveçdə 2024-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyanın qalibi heç kimi təəccübləndirməyib.

"Football-plus.az" xəbər verir ki, Erlinq Hollanın ölkəsində bu dəfə də rəqib tanımayacağı böyük ölçüdə məlum idi. “Mançester Siti”nin hücumçusu ardıcıl 5-ci dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Xatırladaq ki, Erlinq ötən il Norveç yığmasındakı qollarının sayını 38-ə çatdırmış, bununla da yeni rekorda adını yazdırmışdı.