Neymar “Qızıl Samba”nın qalibi oldu

11.02.2023 15:35 262
Dünya futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) Afrika zonası üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.

Football-plus.az xəbər verir ki, bu ada Seneqal millisinin və "Bavariya"nın vingeri Sadio Mane layiq görülüb.

Qeyd edək ki, 31 yaşlı oyunçu ötən il zədə səbəbindən Qətərdə keçirilmiş dünya çempionatını buraxıb.

PSJ-nin futbolçusu Neymar isə 2022-ci ildə Avropada çıxış edən ən yaxşı braziliyalı oyunçu seçilib. 31 yaşlı hücumçu altıncı dəfə “Qızıl Samba” mükafatına layiq görülüb. Onlayn şəkildə keçirilən sorğu zamanı Neymar hamıdan çox səs toplayıb. O, 6-cı dəfə ölkəsinin Avropada çıxış edən ən yaxşı futbolçusu seçilməklə öz rekordunu yeniləyib. Eyni zamanda ardıcıl üçüncü ildi mükafatı heç kimə vermir.

“Qızıl Samba” mükafatı 2008-ci ildə təsis olunub.