"Neftçi"nin hücumçusu məşqlərə başladı

14.01.2025 11:34 298
Ölkə futbolu
"Neftçi"nin mövsümün ikinci yarısına hazırlığın qış mərhələsini Qəbələdə başa vurub.

"Football-plus.az" xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Bakıya qayıdıb və bu gün Misli premyer-liqasının 19-cu turunun "Sabah"la oyununa hazırlığına başlayıb.

Noyabrda zədələnən komandanın hücumçusu Dembo Darbo fərdi proqrama əsasən bərpasını davam etdirir. Qambiyalı hücumçunun yaxın günlərdə qrupa qoşulacağı gözlənilir.