Darboya nə olub?

25.11.2024 14:37 376
Aktual / Ölkə futbolu
"Neftçi”nin hücumçusu Dembo Darbo zədə üzündən “Zirə” ilə son turdakı oyunu buraxdı.

Bəs Darbo nə vaxt zədələnib? Hansı müddətdə sıradan çıxıb? Zədəsinin xarakteri nədi?

Bu sualları “Neftçi”nin mətbuat xidməti rəhbəri Asəf Zeynallıya ünvanladıq:

“Darbo məşqdə zədələnib. Diz oynağı problemi var idi. Hazırda fiziki hazırlıq üzrə məşqçilərlə fərdi məşqlər edir”.

ƏSƏD SEYİDOV