“Turan-Tovuz” vətənə döndü

14.01.2025 16:29 390
Aktual / Ölkə futbolu
Misli premyer-liqasında mövsümün ikinci yarısı yanvarın 17-də start götürəcək.

Elita klublarından yalnız “Turan Tovuz” təlim-məşq toplanışını ölkədən kənarda, Türkiyənin Antalya şəhərində keçirdi. Hər iki yoxlama oyununda eyni hesabla uduzan (0:2) Tovuz klubunun qayıdıb-qayıtmadığı ilə maraqlandıq.

“Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev komandanın dünən vətənə qayıtdığını söylədi.

ƏSƏD SEYİDOV