Karlsen evləndi

13.01.2025 19:28 334
İdman
Dünya şahmatının şəksiz lideri Maqnus Karlsen subaylığa “əlvida” deyib.

Norveçli şahmatçı ilə Ella Viktoriya Melounun nigah mərasimi Oslodakı kilsələrin birində gerçəkləşib. Cütlük mərasimin vaxtını və yerini gizlətməyə çalışsa da, NRK nəşri maraqlı fotolar yayıb. Maqnusla Ella Viktoriyanın münasibətləri ilə bağlı ilk xəbərlər mediaya ötən ilin aprelində sızıb.

Meloun Karlsendən 8 yaş kiçikdi. Qızın atası amerikalı, anası norveçlidi. O, uzun müddət hər iki ölkədə yaşasa da, Oslonu özünün doğma şəhəri sayır. Ella Viktoriya sosial şəbəkələrdən qaçır və mediaya nadir hallarda müsahibə verir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul