"Sabah" 120 dəqiqə ərzində iki qol vurdu

12.01.2025 17:36 388
Ölkə futbolu
Misli premyer-liqasının təmsilçiləri "Sabah" ilə "Şamaxı" bu gün yoxlama oyununda qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən oyun “bayquşlar”ın qələbəsi ilə yekunlaşıb - 2:0. "Sabah"ın heyətində Cesse Sekidika (67) və Xəyal Əliyev (73) fərqlənib.

Matç üç hissədən ibarət olub və 120 dəqiqə davam edib.

RÖYANƏ OĞUZ