“Sabah” “Şamaxı” ilə qarşılaşacaq

8.01.2025 16:34 333
Ölkə futbolu
Qış təlim-məşq toplanışını davam etdirən “Sabah” “Şamaxı” ilə yoxlama oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə Bakı klubunun yaydığı açıqlamada bildirilib.

Matç yanvarın 12-də, saat 15.00-da “Bank Respublika Arena”da başlanacaq.

Oyunda stadiona giriş sərbəst olacaq.