Köməkçi-məşqçi statusundan qurtuldu

12.01.2025 12:04 293
Dünya futbolu
Nəhayət, Yaya Ture köməkçi-məşqçi statusundan qurtulub.

“Mançester Siti” və “Barselona”nın sabiq futbolçusu UEFA-nın Pro kateqoriyasını alıb. 41 yaşlı mütəxəssis bu kateqoriyanı aldıqdan sonra yüksək liqada çıxış edən klubda və əsas milli komandada baş məşqçi kimi işləyə bilər. O, buna qədər köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, Ture hazırda Səudiyyə Ərəbistanı yığmasının məşqçisidi.