Xəzər “Karvan”dan niyə gedib?

6.01.2025 18:21 424
Aktual / Ölkə futbolu
“Karvan”ın Xəzər Mahmudovla yolları ayırdığını xəbər vermişdik. Klub gənc hücumçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Görəsən, səbəb nə idi? 1-ci dövrədə ümidləri doğrultmadı?

Bu suallarla “Karvan”ın baş məşqçisi Kənan Kərimova müraciət etdik. Kənan bəy “Football-plus.az”a açıqlamasında gənc hücumçunun qarşılıqlı razılıq əsasında komandadan ayrıldığını söylədi.

ƏSƏD SEYİDOV