Milli komandada yeni müqavilə

4.01.2025 17:43 313
Dünya futbolu
Moldova yığmasının baş məşqçisi Sergey Kleşenko ilə müqavilə yenilənib.

Moldova Futbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, 52 yaşlı mütəxəssisin yeni sözləşməsinin müddəti 2025-ci ilin noyabrına qədərdi.

Moldova yığması Kleşenkonun başçılığı altında Millətlər Liqasında D liqasından C-yə yüksəlib. O, komandaya 2021-ci ilin dekabrından rəhbərlik edir.