Arteta “Arsenal” ilə yenidən anlaşdı

15.09.2024 11:06 138
Dünya futbolu
“Arsenal”da çoxdan gözlənilən hadisə baş verib: baş məşqçi Mikel Arteta ilə müqavilə yenilənib.


"Fottball-plus.az" xəbər verir ki, ispaniyalı mütəxəssisin yeni sözləşməsinin müddəti 2027-ci ilin iyununa qədərdi. Arteta “topçular”ı 2019-cu ilin dekabrından çalışdırır. “Topçular” ötən mövsüm premyer-liqada 2-ci yeri tutublar.

Komanda onun başçılığı altında keçirdiyi 234 matçda 142 qələbə qazanıb, 35 dəfə heç-heçə edib, 57 oyunda məğlub olub.