Bütün hakimləri arxada qoydu

1.01.2025 16:25 323
Dünya futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (BFTSF) 2024-cü ilin ən yaxşı futbol hakiminin adını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Fransua Letesye olub.

Fransalı BFTSF-nin keçirdiyi səsvermədə 129 xalla ilin ən hakimi seçilib. Sloveniyalı Slavko Vinçiç 86 xalla 2-ci, italiyalı Daniele Orsato isə 74 xalla 3-cü yeri tutub.

Maraq üçün qeyd edək ki, 2022-ci və 2023-cü illərdə ən yaxşı hakim adına layiq görülən polşalı Şimon Marçinyak bu dəfə 7-ci yerdə qərarlaşıb.