"Şamaxı" Edqarla müqavilə müddətini artırdı

29.12.2024 14:54 266
Ölkə futbolu
"Şamaxı" futbolçusu Edqar Adilxanovla müqavilə müddətini artırıb.

"Football-plus.az" xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti iki il yarımdı.

Qeyd edək ki, Adilxanov bu mövsüm premyer-liqada 10 oyuna çıxıb, 2 qol vurub.