"Kəpəz" onunla müqavilə müddətini uzatdı

18.07.2024 15:21 316
Ölkə futbolu
"Kəpəz" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

"Sarı-göylər" Tural Rzayevlə anlaşıb. Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi ilə komanda arasında "1+1" illik sözləşmə imzalanıb.

Qeyd edək ki, "Kəpəz" daha əvvəl Yeqor Xvalko, Elmir Tağıyev, Ehtiram Şahverdiyev, Əli Səmədov və Vurğun Hüseynovla başa çatan müqavilə müddətini yeniləyib.