Hemiltonu təhqir etməyin cəriməsi nə qədərdi?

25.03.2023 21:55 200
İdman
Braziliya məhkəməsi “Formula-1”in üçqat qalibi Nelson Pikenin “Mersedes” pilotu Lüis Hemiltona yönələn irqçi təhqirlərlə bağlı məsələ üzrə qərar çıxarıb.

“Football-plus.az” “Reuters”ə istinadla xəbər verir ki, məhkəmə 2021-in noyabrında Hemiltonun ünvanına səsləndirdiyi irqçi və homofob ifadələrə, britaniyalıya mənəvi zərbə vurduğuna görə Pikeyə 953 min dollar cərimə kəsib. Məhkəmədə Pike əleyhinə iddianı hüquq-müdafiə qrupları qaldırmışdı, onlar sabiq pilotun 1,9 milyon dollar cərimələnməsini tələb edirdilər.

Xatırladaq ki, Pike müsahibələrinin birində Hemiltonla Ferstappen arasındakı toqquşmanı şərh edərkən “neqinyi” terminini işlətmişdi. Bu ifadə isə yaxın adamlara münasibətdə işlənmirsə, irqi təhqir sayılır. Braziliyalı Hemiltonun həm də qeyri-ənənəvi seksual orientasiyaya aid olduğunu demişdi. O da maraqlıdı ki, Pikenin qızı Kelli Maks Ferstappenlə görüşür.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul