Cəlalın komandası 1/4 finalda

17.12.2024 11:13 328
Dünya futbolu
Bolqarıstan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Cəlal Hüseynovun formasını geydiyi “Arda” səfərdə “Krumovqrad”la qarşılaşıb. Matç həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb - 2:0.

Cəlal Hüseynov bu matçda meydana çıxmayıb. O, görüşü ehtiyat oyunçular skamyasından izləyib.