Ozobiç 30-cu oldu

16.12.2024 13:30 333
Ölkə futbolu
“Neftçi”nin futbolçusu Filip Ozobiç Azərbaycan çempionatlarında 60-cı qolu vurub.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli premyer-liqasının 17-ci turunun “Kəpəz”lə ev oyununa (2:1) təsadüf edib.

O, ölkə çempionatlarındakı 180-ci matçında buna nail olub. Filipin orta məhsuldarlığı 0,33-ə bərabərdi. O, “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 9 dəfə fərqlənib.

Ozobiç Azərbaycan çempionatları tarixində 60 və ya daha çox qol vuran 30-cu futbolçu olub.