Robert Levandovski La Liqada qollarının sayını artırıb.
“Barselona”nın hücumçusu 17-ci turunda “Betis”lə oyununda (2:2) növbəti dəfə rəqib qapısına yol taparaq cari mövsümdəki qollarının sayını 16-ya çatdırıb. 36 yaşlı polşalı futbolçunun La Liqada bu mövsüm keçirdiyi oyun sayı da 16-ya bərabərdi. Levandovski bu göstəricilərlə Lionel Messiyə məxsus olan rekordu təkrarlayıb. “Barselona”nın hazırda “İnter Mayami”də oynayan keçmiş hücumçusu da 2018/19 mövsümündə ilk 16 oyunda 16 qol vurmuşdu.
Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlərdə 21 oyuna 23 qol vurub və 2 məhsuldar ötürmə edib.