Mbappe bu göstəricidə yalnız Messidən geridədi

14.12.2024 17:58 339
Dünya futbolu
Məlum olduğu kimi Çempionlar Liqasında əsas mərhələnin 6-cı turunda ''Real'' səfərdə ''Atalanta'' üzərində 3:2 hesablı mühüm qələbə qazanaraq turnir cədvəlində mövqeyini bir qədər yaxşılaşdırdı.

Qələbənin əsasını Kilian Mbappe qoydu. Amma fransalı ulduz bir müddət sonra zədələndiyi üçün hələ ilk yarıda əvəzlənməli oldu. İlkin ehtimallara görə ünlü futbolçu bu il bir daha meydana çıxa bilməyəcək. Bu, Mbappenin Avropanın bir nömrəli klub turnirində yubiley qolu oldu. O, 79-cu oyunda 50-ci qolunu. Oyun sayına görə bu, turnirin 4-cü göstəricisidi.

Ruud van Nistelrooy (62), Lionel Messi (66) və Robert Levandovski (77) 50 qolu vurmaq üçün daha az oyun sərf etmişdi. Amma yaş baxımından Mbappe ikinci pillədədi. O, 50-ci qolu 25 yaş 356 günlüyündə vurdu və bu göstəricidə yalnız Messidən (24 yaş 284 gün) geri qalır.

Onu da bildirək ki, bu mövsüm ilk dəfə komandanın hər üç əsas ulduzu - Mbappe, Vinisius və Bellingem bir oyunda fərqlənməyi bacardı. Halbuki bu, onların birlikdə oynadıqları 14-cü rəsmi oyun idi.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul