UEFA reytinqində gerilədik

4.10.2024 10:32 341
Ölkə futbolu
Avropa Liqasının və Konfrans Liqasının ötən gecə keçirilən matçlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.

"Football- xəbər verir ki, AL-nin liqa mərhələsinin 2-ci turunda "Qarabağ" İsveç "Malmö"sünə uduzub - 1:2. Nəticədə ölkəmizin xal hesabı dəyişməyib - 19,125 xal. Eyni xala malik Bolqarıstan Azərbaycanı geridə qoyaraq 27-ci yerə yüksəlib. Ölkəmiz hazırda 28-cidi.

Ölkəmizin cari mövsümdəki qazancı 2,375-ə bərabərdi. Ölkə reytinqinə “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal yazdırıb.

Qeyd edək ki, cədvələ 92,446 xalla İngiltərə liderlik edir.