"Qarabağ" gerilədi - UEFA REYTİNQİ

26.10.2024 12:58 246
Ölkə futbolu
Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının əsas mərhələlərinin bu həftə keçirilən matçlarından sonra UEFA klub reytinqi yenilənib.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz "Qarabağ" AL-in 3-cü turu çərçivəsində Bakıda "Ayaks"la qarşılaşıb. 9 nəfərlə qalan Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.

Qurban Qurbanovun komandası UEFA reytinqində “Ferentsvaroş”la 58-ci pilləni bölüşür. Hər iki komandanın hesabında 32,000 xal var.

“Qarabağ” əvvəlki reytinqlə müqayisədə 1 pillə geriləyib. “Qarabağ” klub reytinqində ilk 100-lükdə yer alan yeganə Azərbaycan klubudur.

Qeyd edək ki, sıralamaya 130 xalla "Mançester Siti" liderlik edir.