''Trabzonspor'' səfər sindromuna İstanbulda son qoymağa çalışacaq

10.12.2024 19:34 320
Dünya futbolu
Türkiyə çempionatında həftəsonu ''Trabzonspor'' lider ''Qalatasaray''ın qonağı olacaq. Tarixinin ən uğursuz startlarından birinə imza atan Trabzon təmsilçisi aşkar autsayder sayılır.

Təkcə bir faktı vurğulayaq ki, ''bordo-mavilər''in bu mövsüm hələ də səfər qələbəsi yoxdu. Komanda rəqib meydanlarında keçirdiyi 7 oyundan 4 heç-heçə, 3 məğlubiyyətlə ayrılaraq 21 mümkün xaldan yalnız 4-nü toplayıb. ''Trabzonspor'' daxili birincilikdə son səfər qələbəsini 212 gün öncə - mayın 18-də, yəni ötən mövsümün 37-ci turunda ''İstanbul BŞ'' ilə oyunda əldə edib (1:0). Şenol Günəşin komandası bu dəfə də uduzacağı təqdirdə hətta düşmə zonasına qədər geriləyə bilər.

Bundan başqa ''Trabzonspor'' İstanbul nəhənglərinə qarşı 5 oyunluq qələbəsiz seriyaya da son qoymağa çalışacaq. Komanda nəhənglər üzərində son qələbəsini ötən ilin noyabrın 4-də səfərdə ''Fənərbaxça'' ilə oyunda qazanıb (3:2).

ƏLİ