“Arsenal”ı tezliklə bir sıra oyunçular tərk edəcək.
Rəhbərlik qış “transfer pəncərəsi” dövründə 6 futbolçu ilə vidalaşmağı planlaşdırır. “The Athletic”in məlumatına görə, London klubu Qabriel Jezus, Albert Sambi-Lokonqa, Aleksandr Zinçenko, Yakub Kivyor, Ris Nelson və Nunu Tavareş ilə yolları ayırmaq qərarına gəlib. Hazırda Albert icarə əsasında “Sevilya”da, Ris “Fulhem”də, Nunu isə “Latsio”da çıxış edir.
“Arsenal” rəhbərliyi düşünür ki, klub bu oyunçuları sataraq komandaya daha çox fayda verəcək futbolçular almalıdı.