Virts uğrunda mübarizə qızışır

9.12.2024 19:28 332
Dünya futbolu
Florian Virts uğrunda mübarizə getdikcə qızışır.

“Bayer-04”ün yarımmüdafiəçisinin mövsümün sonunda klubunu dəyişmək ehtimalı daha da artıb. Son xəbərlərə görə, “Mançester Siti” və “Bavariya” onun uğrunda mübarizə aparır. Bu klubların Florianın agenti olan atası Hans ilə danışıqlara başladığı məlum olub.

Qeyd edək ki, “Bayer-04” rəhbərliyi Virts ilə müqavilənin müddətini 2027-ci ilin yayına qədər artırmağa çalışır. Məqsəd onu 2026-cı ilin yayında daha baha qiymətə satmaqdı.