• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Beşiktaş” isə 1965-dən bəri ilk dəfə belə fiasko yaşadı - İCMAL

Dünya futbolu

8-12-2024, 17:0

Superliqada “Eyüpspor”a, deyəsən, göz dəydi. Arda Turanın komandası fasiləyə öndə yollandığı qarşılaşmada gözlənilmədən evdə “Çaykur Rizəspor”a boyun əydi.

“Trabzonspor”la oyunda da hesabda geridə olmasına baxmayaraq, hesabına 3 xal yazan Rizə təmsilçisi 2014-dən bəri ilk dəfə ardıcıl iki əzmkar qələbə qazandı.

“Fənərbaxça” bu tur Kayseriyə səfər etmişdi. “Kayserispor” müəyyən maddi sıxıntılar yaşasa da, son 5 turda uduzmamışdı. Ona görə də “sarı-qırmızılar”ın pərən-pərən düşəcəyini az adam proqnozlaşdırardı. Joze Mourinyonun komandası oyuna fırtına kimi başlayaraq ilk 26 dəqiqəyə 3 top vurdu. Cikunun avtoqolu sayəsində fərq iki topa endi.

Maraqlıdı ki, “Kayserispor” bu mövsüm ilk yarıda qapıya zərbə vurmadan qol vuran ilk komanda oldu. Meydan sahibləri 2-ci hissənin əvvəllərində fərqi minimuma endirsələr də, sonradan bunu etdiklərinə görə peşman oldular. Qalan müddətdə daha 3 qol vuran İstanbul nəhəngi tennis hesabı ilə qalib gəldi. “Fənər” bu mövsüm 6 qol vuran ilk komandadı. Oğuz Aydınla Kostiç qol hesabını açdısa, Şimanski superliqada 181 günlük “qol orucu”na son qoydu. “Fənər” çempionat çərçivəsində səfərdəki məğlubiyyətsiz seriyanı 26 oyuna yüksəldərək (21 qələbə, 5 heç-heçə) şəxsi rekordunu bir qədər də yaxşılaşdırdı.
Çağdaş Atan, deyəsən, artıq taleyi ilə barışıb. Bu mütəxəssis heç cür “İstanbul BŞ”ni bataqlıqdan çıxara bilmir.

Başakşəhərlilər bu tur ortabab “Qaziantep” önündə rüsvay oldular. Komandanın rəsmi matçlarda qələbəsiz seriyası artıq 9 oyuna çatdı! Bu üzdən qarşıdakı günlərdə Atanın istefaya göndərilməsi heç kimi təəccübləndirməyəcək. “Qalatasaray” bu tur Bodruma yollanmışdı. Volkan Dəmirəl ötən mövsüm məhz elə 13-cü oyunda “Hatayspor”un başında “Qalatasaray”a mövsümdə ilk məğlubiyyəti yaşatmışdı. Amma bu dəfə “Fənərbaxça”nın əfsanəsi əla formada olan “Cim-Bom”u dayandıra bilmədi. İstanbul nəhəngi ilk yarıda özünə bənzəmədi. Fasiləyə qədər ən yaddaqalan epizod “Bodrum”un azlıqda qalması oldu. Ege Bilsel 21 dəqiqə ərzində iki sarı vərəqə görərək fasilə ərəfəsində komandasını çətin vəziyyətdə qoydu. Batşuayinin meydana çıxması ilə hücumda fəallaşan “Qalatasaray” məhz belçikalı ulduzun vurduğu qol sayəsində hesabına 3 xal yazdı. Osimhen bu dəfə zəif təsir bağışladı. Hərçənd o, bir epizodda Ziyeş üçün əla fürsət yaratsa da, mərakeşli ulduz boş qapını nişan ala bilmədi. “Qalatasaray” minimal hesablı qələbə ilə xal fərqinin azalmasına imkan vermədi. Komanda debütantlara qarşı qələbə seriyasını 15 oyuna çatdıraraq 1996-98-ci illərdə müəyyənləşdirdiyi şəxsi rekordu təkrarladı.

İkinci oyun günü heç-heçələrlə start götürdü. Qar altında keçirilən “Sivasspor” – “Kasımpaşa” matçında qol vurulmadı. Sabiq “Beşiktaş”lı Abubakarın mövsümdəki ilk qolu sayəsində “Hatayspor” Konyada son anlarda məğlubiyyətdən qurtuldu. 3-cü pillədəki “Samsunspor” isə evdə “Alanyaspor”la oyunda 1 xalla kifayətləndi. Günün son oyununda “Beşiktaş” “Göztəpə”ni qəbul etdi. Son 3 turda 1 xal qazanan “Qartal” yenidən yüskəlişə keçmək və qələbə seriyasına start vermək niyyətində idi. Amma təcrübəli Stonimir Stoylovun rəhbərliyi altında yetərincə yaxşı təsir bağışlayan və əsl sistem komandasına çevrilən “Göztəpə” sərgilədiyi performansla hər kəsi mat-məəttəl qoydu. Hərçənd oyun qonaqlar üçün kabus kimi başladı. Semih Kılıçsoyun mükəmməl qolundan çox keçməmiş qapıçı ilə müdafiəçinin anlaşmazlığı avtoqolla nəticələndi. Amma İzmir təmsilçisi künc zərbələrindən sonra hələ ilk yarıda hesabı bərabərləşdirdi. Bokele avtoqoldan cəmi 3 dəqiqə sonra fərqi minimuma endirdisə, istedadlı müdafiəçi Taha Altıkardeş də fərqləndi. İkinci hissədə meydan sahibləri üstün görünürdü və hesabın gec-tez dəyişəcəyi güman olunurdu. Hesab həqiqətən də dəyişdi. Amma qonaqların xeyrinə! Stoylovunn sonradan meydana buraxdığı oyunçular özlərini əla tərəfdən göstərdilər. Əvvəlcə Fofana Masuakudan sıyrılaraq yaxın küncü dəqiq nişan aldısa, yekun nəticəni Tiyaniç müəyyənləşdirdi. “Beşiktaş” tarixində cəmi 2-ci (!) dəfə iki top fərqi ilə öndə olduğu evdəki çempiont oyununda uduzdu. Bu hal daha öncə yalnız 1965-in fevralında “Qalatasaray”la oyunda (2:3) yaşanmışdı.

Beləliklə, ilk 8 turda uduzmayan “Beşiktaş” son 4 turda 3-cü məğlubiyyətlə üzləşdi və liderdən 13 xal geri düşdü.

13-cü tur
Bodrum – Qalatasaray 0:1

Batşuayi, 54.
Qalatasaray: Muslera, Barış Alpər Yılmaz, Metehan Baltacı (Batşuayi, 46), Kaan Ayhan (Nelsson, 90+2), Əbdülkərim Bardakcı, Şallai, Torreyra, Sara (Kərəm Dəmirbay, 90+2), Yunus Akgün (Ziyeş, 62), Mertens (Yelert, 72), Osimhen.

Kayserispor - Fənərbaxça 2:6
Ciku, 43-öz qapısına. Kolovetsios, 56 – Tadiç, 7-p. Oğuz Aydın, 15; 26. Ən-Nəsiri, 63. Kostiç, 85. Şimanski, 88.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Mərt Müldür, 75), Samet Akaydın, Ciku, Kostiç, Fred, Amrabat (İsmayıl Yüksək, 88), Tadiç, Şimanski (Mərt Hakan Yandaş, 64), Oğuz Aydın (Levent Mercan, 89), Ən-Nəsiri (Ceko, 64).

Beşiktaş - Göztəpə 2:4
Semih Kılıçsoy, 3. Bokele, 9-öz qapısına – Bokele, 12. Taha Altıkardeş, 32. Fofana, 82. Tiyaniç, 90+1.
Beşiktaş: Mərt Günok, Svensson, Paulista, Uduoxai, Əmirhan Topçu (İmmobile, 59), Masuaku, Əl Musrati (Ndur, 59), Fernandeş, Raşitsa, Rafa Silva, Semih Kılıçsoy.

Qaziantep – İstanbul BŞ 3:0
Kozlovski, 28. Soresku, 45+3. Okereke, 75.
İstanbul BŞ: Muhammed Şengezər, Duarte, Həmzə Gürələr, Opoku, Lima, Berat Özdəmir (Krespo, 46), Ömər Faruk Bəyaz (Pelkas, 46), Berkay Özcan (Kemen, 46), Dəniz Türüc (Fiqeyredo, 32), Sərdar Gürlər (Keni, 76), Pyontek.

Trabzonspor – Adana Dəmirspor 5:0
Çam, 3; 78; 84. Banza, 50; 54.

Eyüpspor – Çaykur Rizəspor 1:2
Ahmed Kutucu, 12 – Vareşanoviç, 55. Sou, 75.

Konyaspor – Hatayspor 1:1
Yevtoviç, 17 – Abubakar, 90.

Samsunspor – Alanyaspor 1:1
Dimata, 35 – Kordova, 46.

Sivasspor – Kasımpaşa 0:0

1. Qalatasaray 12 11 1 0 33-11 34
2. Fənərbaxça 12 9 2 1 33-11 29
3. Samsunspor 13 8 2 3 25-14 26
4. Eyüpspor 13 6 4 3 19-13 22
5. Göztəpə 12 6 3 3 23-15 21
6. Beşiktaş 12 6 3 3 21-14 21
7. Sivasspor 13 5 3 5 17-20 18
8. İstanbul BŞ 12 4 4 4 17-17 16
9. Çaykur Rizəspor 12 5 1 6 12-20 16
10. Trabzonspor 12 3 6 3 17-14 15
11. Qaziantep 12 4 3 5 18-18 15
12. Kasımpaşa 13 3 6 4 16-19 15
13. Konyaspor 13 4 3 6 15-21 15
14. Antalyaspor 12 4 2 6 15-24 14
15. Kayserispor 12 2 6 4 13-22 12
16. Alanyaspor 12 2 5 5 10-15 11
17. Bodrum 13 3 2 8 10-17 11
18. Hatayspor 12 1 4 7 11-19 7
19. Adana Dəmirspor 12 0 2 10 9-30 2

Bombardirlər: İmmobile (Beşiktaş), Banza (Trabzonspor) – 8, Ceko, Tadiç (hər iki “Fənərbaxça”) – 7.

Turun rəqəmi
34 – Okan Burukun “Qalatasaray”ı səviyyəsini o qədər yüksəldib ki, az qala hər tur yeni rekord qeydə alınır. İstanbul nəhəngi bu turu qələbə ilə başa vurmaqla mühüm göstəricilərə nail oldu. Komanda keçirdiyi ilk 12 qarşılaşmada 36 mümkün xaldan 34-nü toplayıb. Bu, tək “Cim-Bom”un özünün yox, bütövlükdə turnirin tarixinin ən yaxşı startıdı. İndiyə qədər 12-ci oyunu 34 xalla tamamlayan komanda olmamışdı. 12 oyuna 11 qələbə də superliqanın yeni rekordudu!

Turun ulduzu
Oğuz Aydın (Fənərbaxça) – bu futbolçunun bu mövsüm yaşadıqları bir daha göstərir ki, səbrli olduqda və qarşıya qoyulan hədəfdən vaz keçmədikdə gec-tez bunun bəhrəsini görürsən. Yayda transfer edilən və bu həftəyə qədər “Fənərbaxça”da varlığı-ilə yoxluğu bilinməyən Oğuz Aydın birdən-birə “partladı”. Kayseri səfərində start heyətində şans qazanan 24 yaşlı vinger ilk 26 dəqiqə ərzində dubl etdi və oyunu 2 qol, 1 məhsuldar ötürmə ilə tamamladı. Oğuz 2007-dən bəri “Fənər”in heyətində ilk “11-lik”də meydana çıxdığı ilk superliqa matçında dubl edən birinci yerli futbolçu oldu!

Turun sitatı
Volkan Dəmirəl, “Bodrum”un baş məşqçisi:

“Əslində danışılacaq çox şey var. Komandamı təbrik edirəm. Həm 11, həm də 10 futbolçu ilə yaxşı müqavimət göstərdik. Azlıqda qalmasaydıq, nəticə belə olmayacaqdı. Dirəkdən dönən zərbəmiz oldu. Liderə qarşı sərgilədiyimiz bu oyundan məmnünam. Gənc oyunçumuz iki dəfə qaydanı pozdu və hər ikisində sarı vərəqə aldı. Hakim ilk vərəqəni zatən çox asan göstərmişdi. İkinciyə nə ehtiyac var idi? Federasiyadan xaiş edirəm ki, futbolu bilənlər oyunları idarə etsin. Bu gün 11-10-a yox, 14-10-a oynadıq. Ona görə də 0:1 yaxşı nəticədi”.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Əslində çox da çətin oyun olmadı. Sadəcə, ikinci qolu heç cür vura bilmədik. Hər iki komandanı təbrik edirəm. Çünki bu şərtlər altında oynamaq hər iki tərəfə çətin oldu. “Bodrum” bəlkə də buna bu şərtlərə alışıb. Amma qətiyyən futbol ab-havası yox idi. Ot yaxşı biçilməmişdi, üstəlik meydan sulanmamışdı. Bütün bunlara külək də əlavə olundu. Bu, rəqibin oyununu pozmaq üçün qəsdən atılmış addımlara bənzəyir. Amma “Bodrum” yaxşı komandadı və özü də bundan əziyyət çəkdi. 90 dəqiqə ərzində qapımız önündə cəmi bir ciddi qol vəziyyəti yarandı. Qırmızı vərəqə doğru idi. İstənilən halda o hərəkətə görə ikinci sarı vərəqə düşürdü. Bunu tək mən yox, hər kəs söyləyir. Azlıqda qalandan sonra onlar tam geri çəkilib əks-hücumlara bel bağladılar. Biz isə bəzi anlarda çox qol vurmaq sevdasına qapıldıq. 6-7 oyunçu ilə hücuma qoşulduğumuz anlar oldu. Bu üzdən bəzən əks-hücumlarda yaxalandıq. Əsas odu ki, qalib gələrək seriyamızı və rekordlarımızı davam etdirdik. 12-ci oyunlar üçün rekord bir xal toplamışıq. Bu stadiona ilk dəfə böyük komanda gəldi. Amma stadion yetərli deyil. “Bodrum” kimi klubun daha gözəl stadionu olmalıdı”.

Joze Mourinyo,
“Fənərbaxça”nın baş məşqçisi: “Fərq tez açıldığından oyunun gedişində müəyyən konsentrasiya itkisi yaşadıq. Ötürmələrdə sadə səhvlərə yol verdik. Bu üzdən qollar buraxdıq. Bu gün 6 qol vurduq. Amma diqqətli olsaydıq, 10 qol da vura bilərdik. Rəqibin hazırlaşmaq üçün 2 həftəsinin, bizim isə tam heyətlə hazırlaşmaq üçün cəmi 2 günümüzün olduğunu nəzərə alsaq, önəmli bir qələbə qazandıq. Az oynayan futbolçularımızın haqqını verməliyəm. Məşqlərdə çox yaxşı çalışırlar. Biz də onlara şans veririk. İrfan Can Kahveciyə də təşəkkür edirəm. Zədəsi tam sağalmasa da, hər ehtimala qarşı ehtiyatda oturdu. Amma ona bu gün ehtiyac qalmadı. 3:0-dan sonra oyunun 3:2-yə gəlməsi mani qane etmədi. Bu qədər asan keçən oyunu belə çətinləşdirməməliyik. 3:0-dan sonra rahatlaşmamalı, əksinə 4-cü, 5-ci, 6-cı qolları vurmağa çalışmalıyıq. Ona görə də bu gün oyunumuzdan tam razı qalmadım. Mənim arzularımdakı komanda bu oyunu 6:2 yox, 8:0 hesabı ilə başa vurmalı idi!”

Covanni van Bronkhorst, “Beşiktaş”ın baş məşqçisi:
“Bizim üçün sonluq çox üzücü alındı. Əslində bundan gözəl başlanğıc ola bilməzdi. İlk 10 dəqiqədə enerjimiz yüksək idi və iki topluq üstünlük yaxaladıq. Amma standart zərbələrdə diqqətsizliyə yol verdiyimiz üçün 2 top buraxdıq. İkinci hissədə hücumda istədiyimiz kimi oynaya bilmədik. Əslində boşluqlar yaxaladıq. Amma “Göztəpə” yaxaladığı boşluqlardan bizdən daha yaxşı istifadə etdi. Rəqib bizi əks-hücumlarda daha iki dəfə cəzalandırdı. 2:3-dən sonra oyunçular gərginləşdi. Normal oyunumuzdan da uzaqlaşmağa başladıq. Bu nəticəyə görə üzərimdə məsuliyyət hiss edirəm. Daha yaxşı müdafiə olunmalıyıq. Xüsusilə standart zərbələrdə topa birinci həmləni etmək çox önəmlidi. Ötən mövsümü bu komanda liderdən 46 xal geridə tamamlamışdı. Hansı çempionluqdan bəhs edə bilərik? Çempionluqdan danışmaq üçün mövsümə yaxşı başlamalı və sabit şəkildə davam etməlisən. Bu baş verdikdə apreldə artıq çempionluq mülahizələri yürütmək olar. Biz isə yaxşı başlasaq da, son oyunlarda istədiyimiz performansı sərgiləyə bilmirik. Zirvədən uzaq düşmüşük və bunun da məsuliyyəti mənim üzərimdədi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-03-2022, 20:0

''Trabzonspor'' rekordunu təkrarlaya bilmədi

Dünya futbolu

24-11-2024, 18:0

Mourinyo bu göstəricidə Kartalı geridə qoydu

Dünya futbolu

10-11-2024, 19:0

''Trabzonspor''a Günəş də çarə olmadı

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

24-05-2023, 11:0

Bir qələbə “Qalatasaray”ın çempionluğu üçün kifayət edəcək - TURUN ŞƏRHİ

Dünya futbolu

14-03-2023, 21:0

“Qalatasaray” 63 illik rekordu yenilədi – TƏHLİL

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Dünən, 17:22
    Milli komandada zəruri dəyişiklik
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 230
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə