Mahir Emrelini hər həftə görəcəyik

7.12.2024 23:58 412
Aktual / Dünya futbolu
“İdman” TV daha bir turniri tamaşaçılara çatdıracaq. Söhbət Almaniyanın 2-ci bundesliqasının oyunlarından gedir.

Məlum olduğu kimi, 2-ci bundesliqada millimizin hücumçusu Mahir Emreli çıxış edir. Bunu nəzərə alan “İdman” TV oyunların yayın hüququna sahib çıxıb. Artıq Mahirin formasını geydiyi “Nürnberq”in “Elversberq”lə səfər oyunu göstərildi.

Maraqlıdı, bu ənənə mövsümün sonuna qədər davam edəcəkmi? “İdman” TV yayın hüququnu almaq üçün pul ödəyibmi? Bu sualları telekanalın direktor müavini Siyavuş Əliyevə ünvanladıq:

“Heç bir yarış, xüsusən də bu qədər maraqlı olan pulsuz olmur. Mövsümün sonuna qədər bütün oyunları verəcəyik”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul