Amil Yunanov "Bülis"i 2-ci liqa klubuna dəyişəcək

7.12.2024 12:56 737
Aktual / Ölkə futbolu
Amil Yunanov “Bülis”də heç də yaxşı gün keçirmir. Albaniyadan ayrılmaq istəsə də, hüquqi baxımdan haqsız olduğundan klubun tələbi ilə döndü. Çox güman, qış transfer dönəmində Azərbaycana qayıdacaq.

“Football-plus.az”ın əldə etdiyi bilgiyə görə, Amil ötən ay vətənə gələrkən bir neçə klubla danışıq aparıb. Sonda isə 2-ci liqada mübarizə aparan “Şəfa” ilə razılığa gəlib. Hətta Yunanov maliyyə durumuna görə bir çox kluba “meydan oxuyan” 2-ci liqa təmsilçisinə xəbər göndərib. Hər iki tərəfin bu məsələdə könlü var. Amma gərək 31 yaşlı futbolçu Albaniyadakı bağlarını qoparsın.

RÖYANƏ OĞUZ