"Difai" Ağsuya nə vaxt qayıdacaq? - Xəqani Məmmədov açıqladı

4.12.2024 21:59 380
Ölkə kuboku / Manşet
"Difai" ölkə kubokunun 1/8 final mərhələsində "Neftçi"nin qonağı oldu - 0:6.

"Football-plus.az" xəbər verir ki, Ağsu təmsilçisinin baş məşqçisi Xəqani Məmmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Çox çətin oyun keçirdik. Uşaqlar əlindən gələnin ən yaxşısını etsə də, oyunumuz alınmadı. Düşünürəm ki, komandam bütün gücünü sərf etdi. "Neftçi"ni təbrik edirəm.

- İlk dəfədi baş məşqçi kimi işləyirsiz. 1-ci liqanın autsayder komandasında çalışmaq sizə necə təsir edir?
- "Difai" zəif komanda deyil. Heyətimizdə çox yaxşı futbolçular var. İnanıram ki, 1-ci liqada qalacağıq və gələcəkdə çox böyük uğurlar əldə edəcəyik.

- Bu, nə dərəcədə realdı?
- Komandamın potensialına inanıram. Vəziyyətlə tanışam. Bu kollektivlə uğurlar qazanmaq olar.

- 1-ci liqa ilə Misli premyer-liqası arasındakı səviyyə fərqini necə şərh edə bilərsiz?
- Səviyyə fərqi çox böyükdü...

- Səbəbləri necə izah etmək olar?
- Hər şey maliyyədən asılıdı. Maddi güc çox olanda keyfiyyət artır. Ümid edirəm ki, mövsüm ərzində bu yöndə irəliləyiş əldə edəcəyik.

- "Difai" Ağsunu təmsil etsə də, ev oyunlarını Şamaxıda keçirir. Halbuki ötən mövsüm AFFA Ağsu şəhər stadionunu təmir etdi. Niyə evə qayıtmırsız?
- Meydançamız hələ tam hazır deyil. Amma işlər başa çatmaq üzrədi. Ev oyunlarını Ağsuda keçirsək, daha rahat olarıq. Böyük ehtimalla, qış fasiləsindən sonra Ağsuda meydana çıxacağıq.

- Komandanızda xeyli legioner var. Onlar tələblərinizi nə dərəcədə yerinə yetirir?
- Özləriylə söhbət aparmışıq. Məşqlərdə, oyunlarda daha yaxşı performans göstərməyə çalışırlar. Bu yöndə hansısa problem yoxdu.
KƏNAN BAHADIR